Haqqımızda
Layihələr
Müsabiqə
Sponsorlar
Press reliz
Qalereya
Vakansiya
Əlaqə
 








Xanımların gözəlliyi onlara yardım etmir
"Miss plastik əməliyyat"ın qalibi bəlli oldu
Azərbaycan nümayəndə heyəti qanun layihəsinin müzakirəsi üçün Türkiyəyə səfər edəcək
Azərbaycanda 2000-dən artıq İİV/QİÇS infeksiyası ilə yaşayan var
Övladlığa uşaq götürənlərin arzusu niyə reallaşmır?
Ət və ət məhsulları yenə bahalaşdı
Turan "Günəbaxan"a dönməyəcək
Kişi dünyaya qız uşağı gətirdi
Riki Martin ərə gedir
arxiv


arxiv


ANA.az yeni dizaynlı saytını sizlərə təqdim edir.
ANA.az Ailə Bələdçisi jurnalı artıq satışda
arxiv


SUAL- Salam Doctor.cooox xahis ediremki menim sualimi genis sekilde cvlandirasiz.menim size bele bir sualim var men aile heyati teze qurmusam.men her zaman xestelenme vaxtimdan...

SUAL- Salam hekim.Men 4ayliq hamileyem, ama qarnim yeke gorsenir.Birdeki,uwaq ana betininde nece ayliqinda terpenir.Hekime getmeyim

SUAL- salam men 1aydi aileliyem ama 2hededirki dehset urekbulanma bel grisi qarnimda agrilar olur.test aldim yoxladim hamile doyulem.sebebi ne ola biler.zehmet olmasa cavablandirasiniz.

SUAL- Salam həkim,mənim 1-ci doğuşum çox ağrılı və aşağıdan kəsiklə olub,tikişlər dəhşətli ağrılı idi.Bilmək istəyirəm 2 dəfə ağrısız doğuş

arxiv




 

Azərbaycanda xalq və elmi təbabətinin inkişafının qısa tarixi məlumatı

Azərbaycanda dərman vəsaitərindən istifadə olunma tarixi çox qədimdən başlanır. Dərman bitkilərindən istifadə etmək, onların yenilərini aşkar etmək uzun müddət fırıldaq əqidəlilərin təsiri altında idi. Buna baxmayaraq, yeni dərman vəsaitləri axtarılırdı.
Ərəblərin hökm sürdüyü vaxtlar bütün ərəb xəlifətinin ərazisində, o cümlədən də Azərbaycanda mədəniyyət, elm, təbabət qəbul olunmuşdu.
Bu dövrdə Azərbaycanda xəstəxanaların, əczaxanaların, tibb mədrəsəsinin açilmiş əlamətdar hadisə oldu. O vaxtlar tapılmış əlyazmalardan mə’lum olur ki, Azərbaycanda dərman hazırlanmaqla məşğul olanlar çoxdan mövcüddür və bu adamlar attar adlanır. Attarlar dərman bitkilərin yığıb, qurudub saxlanması və müəyyən vaxtdan sonra onun satışı ilə məşğul olan insanlardır.
Attarların və həkimlərin saxlanılmış əlyazmalarından mə’lum olur ki, Azərbaycanda xalq təbabətində müxtəlif dərman bitkilərindən, çiçəklərndən, müxtəlif bitkilərin kökündən, toxumundan geniş istifadə olunurdu.
Azərbaycan həkimi Ömər Osmanın (X əsrin axrı) ürəyi xəstə olan insanlar üçün pəhriz rejimi çox diqqətəlayiqdir. O, öz xəstələrinə şirin pəhriz: bal, şərbət, bəkməz, şirin çaxır tə’yin edərdi. Böyrək xəstəliyində isə balqabaqdan, balla yerkökündən istifadə edərdi.
XI və XII əsrlərdə Azərbaycanda elmin və mədəniyyətin inkişafında böyük əməkləri olan bir sıra alimlər, şairlər, filosoflar və həkimlər zahir oldular. Bunların içində görkəmli xəxsiyyət azərbaycan şairi Nizami Gəncəvi də var idi. Hərtərəfli biliyə malik olan Nizaminin “Xəmsə”-sində dərmanlar barəsində yazılar görürük.
“İskəndərnamə”də isə Nizami yazır:
“Baş ağrısı üçün mütlək ğızılgül suyu (gülab) vacibdir.”
Gülab ilk dəfə Şiraz şəhərində müalicə usulu kimi şərğ xalqları tərəfindən istifadə olunmuşdur.
Azərbaycanda və həmsərhəd şərq ölkələrində təbabətin özünəməxsusluğu var idi. Azərbaycanda xalq təbabətinin inkişafı iki istiqamətdə gedirdi. Şəhərlərdə və sərhədyanı rayonlarda özlərinkindən əlavə qonşu ölkələrin dərmanlarından da istifadə olunurdu. Bu şəhərlərdə və rayonlarda tibb mütəxəssisləri yaşayırdılar. Onlar ərəb resept kitabı “Karabaddini”dən istifadə edirdilər. Attarlar isə dərman bitkilərin və həkimlərin reseptinə əsasən hazırladıqları dərmanları satmaqla məşğul olurdular. El arasında Attarlara nüsxəbənd (nüsxə - resept) də deyirdilər.
O vaxtlar ən çox istifadə olunan dərman bitkilərindən: zəfaranı, anis almasını, xardalı, narı, badamı, qara bibəri, darçını, zənçəfili, kafuru, hili, narıncı və başqalarını misal gətirmək olar.
Hətda lalədən opium hazırlamaq da mə’lum idi.
Ancaq bununla şəhərlərdən uzaq, dağ yerlərindən məşğul olurdular. Bu yerlərdə həkimlərin olmadığına görə, yalnız ətraf ərazilərdə bitən dərman bitkilərindən istifadə olunurdu.
Ancaq ərəb elminin VIII əsrdə XII əsrə qədər çiçəklənməsi, tərəqqisi və xəlifətin ayrı-ayrı ölkələrə parçalanması vəziyyəti dəyişdi. Sonrakı əsrlər (XIII - XVIII) Azərbaycan və bütün Zaqafqaziya Çinqizxanın, Cələləddinin, Tamerlanın, Osmanlı Türklərinin, Farsların və başqalarının basqınları nəticəsində qanlı meydana çövrüldü.
Azərbaycanda həmin vaxt dərman ləvazimatları yenə də həkimlərin və attarların əlində idi və çətinlikləs inkişaf edirdi. Tarixçi Rəşidəddin qeyd edərdi ki, həmin dövrdə həkimlər və attarlar əvvəlki qədar bilikli və savadlı deyildilər.
Buna baxmayaraq, Azərbaycan xalq təbabəti inkişaf edirdi və bunun sayəsində millətçə azərbaycanlı olan bir sıra görkəmli həkimlər ön plana çıxdılar. Ərəb, fars və azərbaycan dillərində təbabət haqqında kitablar yazıldı. Bu baxımdan Məhəmməd Bərgüşadın yazdığı “Tibbi Nambevi” kitabı azərbaycan dilində yazılmış ilk kitab idi.
Dahi, mütəfəkkir Fizulinin XVI-cı əsrdə azərbaycan xalqının fəlsəfi, elmi və təbabətdən yazdığı kitablar böyük bir hadisə idi.
Fizulinin yazıları böyük elmi sualları əhatə edirdi. Təbiiyyat və tibb elmləri Fizulini dərindən maraqlandırırdılar. Onun “Təbiətlə söhbət”, “Sağlamlıq və xəstəlik” yazılarını qeyd etmək olar. Fizuli “Təbiətlə söhbət” kitabında öz doğma yurdunun təbiətinin gözəlliyindən yazır.
Həkim Məhəmməd Yusif Şirvanin XVIII–ci əsrdə yazdığı “Tibbinamə” kitabı çox böyük maraqa səbəb olmuşdur. O, həmçinin “Şərq dərmanlarının lüğəti” kitabını azərbaycan dilində yazmışdır. “Əhatə mühitin müalicənin gedişində rolu” və “Zəhərləri kənar etmə üsulları və zəhərlənmədən müalicə məlumatları” kitabları da ona məxsusdur.
1829-cu ildə Məhəmməd Əli Pişəvarinın fars dilində yazdığı “Məcmaül-Cəvəmi” kitabda da tibbadən və dərmanlardan bəhs edən vacib kitablardandır.
Səid Məhəmməd Hüseyn xanın 1830-cu ildə yazdığı “Böyük Karabəddin” kitabı bütün İslam Şərqində məşhurdur. Bir çox xəstəliklərin müalicəsi üçün cürbəcür dərmanlar göstərilir.
Ancaq o dövrdə kimya, biokimya, biologiya elmlərinin aşağı səviyyədə olduğuna görə bir çox xəstəliklərlə mübarizədə çətinlik çəkilirdi.
Bu baxımdan Azərbaycanda dərmanların, ümumiyyətlə tibb elminin inkişafında Rusiyanın böyük təsiri olmüşdur.
XIX–cu əsrin əvvələrində Zağafqaziya xalqlarının Rusiya ilə yaxınlaşması tibb elminin inkişafına böyük təkan verdi.
Azərbaycan xalq təbabətində dərman maddələrinin mükəmməl öyrənilməsilə Tartu universitetinin professoru Q.Dragendorfun rəhbərliyilə azərbaycanlı, Bakı şəhər sakini Əbdul Axundov məşqul olamağa başladı. 1892-ci ildə Əbdul Axundov öz dissertasiyasında (alimlik dərəcəsi olan vaxt) Abu-Mansur Muvaffaka-ben-Əli-em-Xirovun kitablarını azərbaycan dilinə tərcümə etmişdir. Bu kitablar IX-cu əsrdə fars dilində yazılmış ilk kitablar idi. Əbdul Axundov dərman bitkilərinin botaniki adlarını təyin etdi və bunları izahlaşdırdı. Bu izahlar, araşmalar tibb elminin inkişafına böyük təsirini göstərdi.
Bu önəmdə rus alimi E.Şteberin əməyi Qafqazda böyük olmuşdur (“Qafqazın və Orta Asiyanın əczaçılıq haqqında lüğət materialları”, Yekaterinoslav, 1902-ci il).
Respublikada dərman bitkilərindən səmərəli istifadəsi yalnız Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra mümkün olmuşdur.
Azərbaycanda dərman bitkiləri ehtiyatlarının xüsusiyyətlərinin öyrənilməsinə Azərbaycanda B.L.Komarov adına botanika institutu təşkil olandan sonra başlanmışdır. Azərbaycanda bitki aləminin tərkib hissəsinin, onların yayılmasının xalq təsərrüfatı üçün yararlı növlərin dəqiqləşdirilməsində, bunlara aid çox müxüm əsərlərin yaranmasında azərbaycan botanikləri tərəfindən böyük işlər görülmüşdür.
Azərbaycanda əczaçılıq elminin hərtərəfli inkişafında 1937-ci ildə Bakıda yaranmış əczaçılıq institutunun əməyi böyük olmuşdur. Həmin institut 1941-ci ildə Bakıda yaranmış N.Nərimanov adına tibb institutunun tərkibinə əczaçılıq fakultəsi kimi daxil olmuşdur.
Azərbaycanda təbiətin dərman ehtiyatlarının öyrənməsində böyük tədqiqat işləri görmüşdür. Mədəni və vəhşi dərman bitkilərinin kimyəvi tərkibinin, əczaçılıq xüsusiyyətlərinin öyrənilməsində böyük işlər görülmüşdür. Bütün respublika ərazisinin landşaftında aparılmış müayinələr nəticəsində Azərbaycanda çoxlu miqdarda xalq və elmi təbabətda istifadə olunan dərman bitkiləri aşkar edilmişdir.
Azərbaycanda mövcüd olan dərman bitkilərinin 76 növünün yabanı halda bitməsi aid edilmişdir.
Azərbaycanda müxtəlif rayonlarda aparılmış sorğu-sual nəticəsində İ.A.Dəmirov xalq təbabətində istifadə olunan 800 növ dərman bitkiləri qeyd almışdır.






 
 
Bütün hüquqlar ANA.az MMC-ə aiddir. info@ana.az (+994 50) 359 68 19